Paytaxtın ümumtəhsil məktəblərində 2018-2019-cu tədris ili üçün birinci sinfə şagird qəbulunun ilk mərhələsi iyunun 14-də yekunlaşır.
Yeni dərs ili üçün birinci mərhələdə (fevralın 22-dən iyunun 14-dək) online qeydiyyatdan keçmiş valideynlər iyunun 20-dək övladının sənədlərini məktəbə təqdim etməlidirlər. Birinci sinfə qəbul prosesində iyunun 14-dək elektron qeydiyyata alınan ərizələr üzrə sənədlər iyunun 20-dək məktəbə təqdim olunmadığı halda həmin sorğu sistemdən silinəcək.
Elektron sənəd qəbulunun ikinci mərhələsinə iyunun 15-dən başlanılacaq. İkinci mərhələdə valideynlər müvafiq qaydalara uyğun olaraq, mektebeqebul.edu.az elektron sistemi vasitəsilə birinci sinfə qəbul üzrə sorğu yerləşdirə bilərlər. İkinci mərhələdə sənədlərin məktəbə təqdimolunma müddəti iyunun 20-dən sentyabrın 18-dək (iyul istisna olmaqla) davam edir.
Məktəb tərəfindən sənədlər hər həftənin V-VI günləri (bayram günləri istisna olmaqla) saat 11.00-dan 16.00-dək qəbul edilir. Sənədlər qəbul edildikdən sonra valideynə (qanuni nümayəndəyə) bu barədə qəbz verilir.
Birinci sinfə şagird qəbulu üçün valideynin və uşağın şəxsiyyətini təsdiqləyən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda doğum haqqında şəhadətnaməsi, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının himayə sənədi, xarici ölkələrdə verilmiş doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş və natorial qaydada təsdiqlənmiş), uşağın sağlamlığı haqqında tibbi arayış (forma 26U), 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil, valideynin (qanuni nümayəndənin) “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”si valideyn (qanuni nümayəndə) tərəfindən məktəbə təqdim edilməlidir.
Ümumilikdə, 2018-2019-cu tədris ili üçün bu günədək birinci sinfə qəbul üzrə 42.325 uşaq elektron qeydiyyatdan keçib. Bu isə paytaxt üzrə birinci sinfə şagird qəbulu proqnozunun 85 faizinə yaxın göstəricidir.
Bu il ilk dəfə olaraq, məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilib. Belə ki, məktəbəhazırlıq qruplarındakı 24 mindən çox uşaq avtomatik birinci sinfə qəbul üzrə qeydə alınıb.

Kəmalə Rəhimli