Politoloq: Ermənistan XİN Azərbaycanın nüfuzuna xələl gətirməyə çalışan təbliğatçı qüvvələrin carçısına çevrilib

Politoloq: Ermənistan XİN Azərbaycanın nüfuzuna xələl gətirməyə çalışan təbliğatçı qüvvələrin carçısına çevrilib Ermənistanın Xarici İşlər Nazirliyi (XİN) diplomatik qurumdan Azərbaycanın nüfuzuna xələl gətirmək üçün səbəb axtaran təbliğatçı qüvvələrin carçısına çevrilib.
Bunu Trend-ə politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov deyib.
Politoloqun sözlərinə görə, Ermənistan XİN çoxdandır ki xarici siyasətçilərin və dövlət xadimlərinin açıqlamalarını öz maraqlarına uyğun şərh edərək müxtəlif böhtanlar yaymaqla məşğuldur:
“Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvüdür. Hətta bir çox anlaşmazlıq və problemlərə baxmayaraq, rəsmi Bakı təşkilatın bütün sessiyalarında və gündəlikdə yer alan bütün məsələlərin müzakirəsində fəal iştirak edir”.
F.Sadıqov vurğulayıb ki, ona görə də Ermənistan tərəfinin Azərbaycanın təşkilatdakı üzvlükdən məhrum edilməsi barədə açıqlamaları axmaqlıqdır:
“Fikrimcə, bu, Ermənistan XİN-in növbəti axmaqlığıdır. Əlbəttə ki, Ermənistan məhz belə vəziyyəti görmək istərdi, bu, şübhəsiz ki, onları qane edərdi”.
Politoloq əlavə edib ki, Ermənistan XİN-in mətbuat xidməti tərəfindən yayılan bu cür bəyanatlar tamamilə əsassızdır və həqiqətə uyğun deyil.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan T.Yaqlandın rəsmi Bakının AŞ-də üzvlüyünün dayandırılması prosesinə təşəbbüs göstərdiyini bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər