ABŞ alimləri ən kiçik kompüter hazırlayıblar

ABŞ alimləri ən kiçik kompüter hazırlayıblar ABŞ-ın Miçiqan Universitetinin alimləri ən kiçik kompüter hazırlayıblar. Eni 0,3 millimetr təşkil edən bu kompüter düyü dənəsinin yanında çox kiçik görünür.
Miçiqan Universitetinin yeni mikrokompüteri enerji kəsilən kimi bütün məlumatı itirir. Yeni qurğu prosessor, simsiz ötürücü aparat və qəbuledicilərə malikdir. Bu kompüter görünən işıq vasitəsilə məlumatları qəbul edir və ötürür.
“Michigan Micro Mote” kompüteri xərçəng xəstəliyinin tədqiqi, qlaukomanın diaqnostikası üçün gözdaxili təzyiqin ölçülməsi, neft rezervuarlarının və biokimyəvi proseslərin monitorinqi, kiçik ilbizlərin tədqiqi üçün istifadə edilə bilər.

Tehsil-press.az


Oxşar xəbərlər