ADP sədri partiyanın iyunun 26-da keçirdiyi İdarə Heyətinin toplantısında Türkiyədəki prezident seçkilərində yenidən qalib gələn Rəcəb Tayyib Ərdoğanı təbrik edərək, onu növbəti prezidentlik dönəmində Türkiyə-Azərbaycan konfederasiyası istiqamətində ciddi addımlar atmağa çağırıb. Artıq rəsmi müraciət də Türkiyə rəhbərinə ünvanlanıb.
S.Cəlaloğlu “Yeni Müsavat”a açıqlamasında Azərbaycan prezidenti İlham Əliyevə də müraciət hazırladıqlarını bildirib:
“Türkiyə prezidentinə həm müraciət etmişik, həm də bununla bağlı bəyanat vermişik. Hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli yolu Azərbaycan-Türkiyə konfederasiyanın yaradılmasından keçir. Onsuz da biz faktiki konfederasiyanın bütün şərtlərinə uyğun fəaliyyət göstəririk. Ordularımız bir-birimizə kömək edir, xarici siyasətimiz uyğundur. Sadəcə, bu, rəsmən əks olunmalıdır. Ölkələrin hər birinə hərbi müdaxilə olarsa, bir-birinə kömək etmək üçün hüquqi əsaslar yaradılmalıdır. Hər bir Azərbaycan vətəndaşı dərk etməlidir ki, burada əsas söhbət Qarabağın azad edilməsindən gedir. Rus-erməni alyansına qarşı təkbaşına dura bilmədiyimiz, indiki gücümüzlə Rusiya amili qarşısında torpaqlarımızı azad edə bilmədiyimiz üçün konfederasiyaya ehtiyac var.
Rusun ordusuna bərabər ordu ortaya çıxarmalıyıq. Belə bir konfederasiya Avropa ilə daha sıx əməkdaşlığımıza da yol açacaq. İyunun 26-da keçirilən hərbi paradda türk ordusu da iştirak etdi. Ali baş komandan kimi paradı İlham Əliyev qəbul edirdi, türk əsgəri onun qarşısından keçdi. Sual olunur, türk əsgəri başqa bir ali komandanın paradında iştirak edərdimi? Bütün bunlar onu sübut edir ki, biz artıq ordularımızı birləşdirmişik. Ərdoğana müraciətimizin bəhrə verəcəyinə inanıram.
İlham Əliyevə də müraciətimi yollayacam. Prezident seçkilərindən sonrakı çıxışında ölkə başçısı namizədlərin verdikləri ideyalara, təkliflərə diqqətin ayrılacağını və lazımi qərarların veriləcəyini dedi. Mən də bu ideyanı prezident seçkiləri vaxtı vermişəm. Güman edirəm ki, İlham Əliyev bu konfederasiya ideyasının lazımi olduğunu nəzərə alacaq, Azərbaycan tərəfi bu istiqamətdə addımlarını atacaq. Necə ki, Rusiya ermənilərin yanından çəkilməyib, biz heç zaman bu ideyadan çəkilə bilmərik. Bu məsələ ancaq iki ölkə rəhbəri tərəfindən həyata keçirilə bilər. Eyni zamanda iki ölkənin parlamenti bu qərarı qəbul edə bilər. Dövlətin adından mən deyil, prezident çıxış edir. Onun üçün də iki ölkənin prezidentinə müraciət etməyi vacib bildik. Biz bunu rəsmiləşdirmək istəyirik ki, hər iki dövlətin rəhbəri bu məsələdə lazımi addımları atsınlar. Burada məsələ mütləq dövlət səviyyəsində olmalıdır. Burada əsas söz sahibləri Ərdoğan və İlham Əliyevdir. Ərdoğan bizi yaxud da biz əks tərəfi məcbur edə bilmərik ki, konfederasiya yaradılsın. Burada tərəflərin hər birinin hüquqları eynidir. Ərdoğan şəxsən belə bir konfederasiyanın yaradılmasında heç bir tərəddüd etməz. Onu tanıyıram, söhbətlərimiz də olub. Burada tərəddüd müəyyən mənada Azərbaycan tərəfdə ola bilər. O da Rusiyanın təzyiqləri ilə bağlı ola bilər. Konfederasiya ideyasının əsas səbəblərindən biri də Rusiyanın təzyiqlərini neytrallaşdırmaq üçündür”.
Tehsil-press.az