Prezidentin mətbuat xidməti Mingəçevir İES-dəki qəza barədə məlumat yaydı

Prezidentin mətbuat xidməti Mingəçevir İES-dəki qəza barədə məlumat yaydı Prezidentin mətbuat xidməti Mingəçevir İES-də baş vermiş qəza və nəticədə ölkənin bir çox yerlərində elektrik enerjisi təchizatının kəsilməsi ilə bağlı bu dəqiqələrdə məlumat yayıb. Məlumatda deyilir:
İyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxmışdır. Yarımstansiyada dərhal təmir bərpa işlərinə başlanmışdır.
Vəziyyət Azərbaycan Respublikası Prezidentinin daim nəzarətindədir.

Tehsil-press.az

Oxşar xəbərlər