ABŞ və Rusiya prezidentlərinin mətbuat konfransında insident

ABŞ və Rusiya prezidentlərinin mətbuat konfransında insident Rusiya və ABŞ prezidentlərinin birgə mətbuat konfransında insident baş verib.
Mətbuat konfransından əvvəl suriyalı jurnalist nüvə silahının qadağan olunması ilə bağlı şüarlar yazılmış plakat açmaq istəyib. Ancaq həmin şəxs zaldan çıxarılıb.
Lakin az sonra o geri qayıdıb və qarışıqlıq yaranıb. Bu dəfə məsələyə mühafizə xidmətinin əməkdaşları müdaxilə edib və onu zaldan kənarlaşdırıblar.
Qeyd edək ki, bu gün Helsinki şəhərində Vladimir Putin və Donald Tramp arasında görüş olub. Görüşün yekununa dair prezidentlərin birgə mətbuat konfransı keçirilib.

Tehsil-press.az


Oxşar xəbərlər