Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Yaradıcılıq Festivalı keçirildi

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Yaradıcılıq Festivalı keçirildi Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi Mehman Şükürovun rəhbərliyi ilə müşavirə keçirilib.
Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçiriləcək "Bölgələrdən bölgələrə" Yaradıcılıq Festivalının Sumqayıt şəhərində təşkilinə həsr olunmiuş müşavirədə idarə rəisi Mehman Şükürov çıxış edib.
O, 4 avqust tarixində gerçəkləşəcək festivalın təşkilati işləri və kütləvi informasiya vasitərində işıqlandırılması, eləcə də reklam çarxlarının hazırlanaraq yayımlanması ilə bağlı fikirlərini bildirb, tapşırıqlarını verib. İdarə rəisi bildirib ki, festival şəhərdə əsl mədəniyyət bayramına çevrilməli, yüksək zövqlə təşkil olunmalıdır.
Daha sonra festivalda Sumqayıt Regional Mədəniyyət idarəsini təmsil edəcək kollektivlər müəyyən olunub, müəssisə rəhbərlərinə ciddi tapşırıqlar verilib.
Qeyd edək ki, Sumqayıt şəhər bulvarında keçiriləcək festivalda Mədəniyyət Nazirliyinin 15 regional idarəsinin – Sumqayıt, Gəncə, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Lənkəran, Masallı və Biləsuvar regional mədəniyyət idarələrinin festival çadırları qurulacaq, şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işlərinin satış-sərgisi keçiriləcək.
Müşavirədə qeyd olunub ki, layihənin əsas məqsədi çoxminillik dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının zəngin mədəni irsinin təbliği, bölgələrin mədəni imkanlarının nümayişi, eləcə də respublikamızda regionlararası mübadiləni gücləndirməkdir.


Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti


Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Yaradıcılıq Festivalı keçirildiAzərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Yaradıcılıq Festivalı keçirildiAzərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Yaradıcılıq Festivalı keçirildiAzərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Yaradıcılıq Festivalı keçirildiAzərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Yaradıcılıq Festivalı keçirildi

Oxşar xəbərlər