Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 74,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,04 dollar/barel azdır.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 3-də 73,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,03 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 3-də 70,22 dollar/barel təşkil edib ki, bu da Tehsil-press.az-a görə, əvvəlki qiymətdən 0,01 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 3-də 72,44 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,74 dollar/barel azdır.

Tehsil-press.az

Oxşar xəbərlər