Məleykə Abbaszadə avqustun 10-da Lerikdə vətəndaşları qəbul edəcək

Məleykə Abbaszadə avqustun 10-da Lerikdə vətəndaşları qəbul edəcək Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə avqustun 10-da Lerikdə vətəndaşları qəbul edəcək.
Saat 11.00-da Lerik Rayon Mədəniyyət Mərkəzində keçiriləcək qəbulda Lerik, Lənkəran, Astara, Masallı və digər rayonların sakinləri iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlardan DİM-in internet saytında (http://eservices.dim.gov.az/sedrinqebulu/) elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya bu qurumun Lənkəran regional bölməsinə (ünvan: Lənkəran şəhəri, Həzi Aslanov xiyabanı 52) müraciət etmələri (əlaqə telefonu: +994 2525 52482) xahiş olunur.
Bundan əlavə, qəbula yazılmaq istəyənlər üçün Lerik, Astara və Masallı rayonlarının təhsil şöbələrində avqustun 3-dən 9-na kimi (şənbə, bazar günləri istisna olmaqla) saat 10.00-dan 17:00-dək qeydiyyat aparılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

Tehsil-press.az

Oxşar xəbərlər