İrana qarşı tətbiq olunan sanksiyaların "Cənub Qaz Dəhlizi" layihəsinə şamil edilməməsi mövcud geostrateji reallığın düzgün qiymətləndirilməsi və Avropanın enerji təhlükəsizliyi maraqlarının nəzərə alınması baxımından olduqca əhəmiyyətlidir.
Bunu Təhsil-press.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
H.Babaoğlu qeyd edib ki, bu layihənin müəllifi Azərbaycandır və onun reallaşdırılması zamanı bütün mümkün riskləri və perspektivləri dəqiqliklə hesablaya bilib.
Deputat vurğulayıb ki, müasir beynəlxalq enerji münasibətlərinin vacib aktorlarından biri olan Azərbaycan özünün strateji tərəfdaşları ilə birlikdə hazırda elə bir geostrateji reallıq formalaşdırıb ki, onun ətrafında bütün iştirakçı ölkələrin maraqları uzlaşır:
“Bu isə heç də sadə məsələ deyil. Ancaq Azərbaycan buna nail olmağı bacarıb. Ona görə də iqtisadi sanksiyaların təzyiq rıçağı kimi istifadə edilməsi tarixində ən sərt hallardan biri kimi müşahidə etdiyimiz sanksiyalar zamanı belə Azərbaycanın maraqları xüsusi istisna kimi nəzərə alınır. Çünki ölkəmiz öz milli maraqlarını özünün strateji tərafdaşlarının milli maraqları ilə məharətlə koordinasiya edib. Nəzərə almaq lazımdır ki, söhbət dünyanın ən böyük və ən bahalı layihələrinin birindən gedir. Bu layihə sözün əsl mənasında 21-ci əsrin layihəsi adını daşımağa layiqdir. Son hadisələr də bir daha bunu sübut etmiş oldu”.
H.Babaoğlu vurğulayıb ki, “Cənub Qaz Dəhlizi” layihəsi 7 ölkəni eyni zamanda kəmər boyunca 12 fərqli investor və 12 fərqli alıcı ilə birləşdirəcək:
“Bu həm də böyük enerji ehtiyatlarına malik olan Xəzər regionunu Avropa İttifaqı (AB) istehlakçıları ilə birləşdirən ilk boru kəməri olacaq. Yəni əslində bu kəmər Avropanın enerji təhlükəsizliyinin yeni alternativi kimi çıxış edəcək. Belə bir alternativ mənbənin olması isə hazırki gərgin beynəlxalq münasibətlər mərhələsində Avropa üçün hava-su kimi lazımdır. Ona görə də hələ bir qədər əvvəl Vaşinqtonda İtaliya baş naziri Cüzeppe Konte ilə görüşdə ABŞ prezidenti Donald Trampın "Cənub Qaz Dəhlizi"nin bir hissəsi olan Transadriatik boru kəmərini (TAP) dəstəkləməsi çox böyük əhəmiyyətə mailk idi və heç də təsadüfi deyildi. Ancaq belə mühüm layihələrin həmişə iqtisadi tərəflərilə bərabər mütləq siyasi tərəfləri də olur ki, bu da bizim üçün az əhəmiyyətli deyil”.
Deputat bildirib ki, ölkəmizin həyata keçirdiyi bu tipli meqalayihələr beynəlxalq münasibətlər sistemində də Azərbaycanın yerini möhkəmləndirir və rolunu artırır: “Bu isə nəticə etibarilə milli maraqlarımızın və ərazi bütövlüyümüzün təmin olunmasına əsaslı zəmin yaradır”.
Tehsil-press.az