Azərbaycanda 21 günün gəlini yoxa çıxdı

Azərbaycanda 21 günün gəlini yoxa çıxdı Paytaxtın Qaradağ rayonunda 18 yaşlı Səma Qafarova Lökbatanda qaldıqları evdən yoxa çıxıb.
Evləndiyindən 22 gün keçən Səmanın evdən hara getdiyi məlum deyil.
Anası onun yaşadığı evdən avqust ayının 6-da yoxa çıxdığını bildirir.
Məlumata görə, S.Qafarova bu ilin iyulun 15-də öz istəyi ilə xalası oğlu ilə evlənib.
Anası Zeynəb Qafarovanın dediyinə görə, hər kəs işdə olduğu üçün Səma bir qədər qorxduğunu bildirib.
Hadisə ilə bağlı Qaradağ rayonunun 10-cı polis bölməsinə müraciət olunub və araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər