"Azərbaycanda mənəvi dəyərlərin aşınması təhlükəsi yoxdur, amma biz zamanın tələblərinə uyğun tədbirlər görməliyik ki, aşınmaya məruz qalmayaq. Bunun üçün isə biz çox güclü olmalıyıq".
Bunu "Mənəvi dəyərlərin təbliği və dini icmalar" mövzusunda keçirilən konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, Azərbaycan qərb mədəniyyətinin təsiri altındadır. Böyük dövlətlər mədəniyyətlərin qarışmasına maraq göstərir: "Bütün bunlar bizim milli dəyərlərimizin deformasiyaya uğramasına gətirib çıxara bilər. Ona görə də xalqımız öz dəyərlərini qoruyub saxlamaq instinktini inkişaf etdirməlidir. Biz bununla əsas mənəvi dəyərlərimizdən olan müstəqilliyimizi qorumuş oluruq. Eyni zamanda, dini icmalar, din xadimləri və mətbuat orqanları bu istiqamətdə öz fəaliyyətlərini ortaya qoymalıdırlar".
O əlavə edib ki, Azərbaycan xalqı öz dəyərlərinə hər zaman böyük diqqət yetirib. Bunu qorumaq üçün də vacib addımlar atılıb.
M.Qurbanlı əlavə edib ki, ulu öndər Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində yürütdüyü siyasətin onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasına dövlət səviyyəsində qayğı göstərilir.
Komitə sədrinin sözlərinə görə, mənəvi dəyərlərin qorunaraq sonrakı nəsillərə çatdırılmasında cəmiyyətin bütün üzvləri ilə yanaşı, dini icmalar da əhəmiyyətli rol oynayır.
Tehsil-press.az