Bakıda “Dilim varsa, mən varam” mövzusunda tədbir keçirilib

Bakıda “Dilim varsa, mən varam” mövzusunda tədbir keçirilib İyunun 31-də 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Dilim varsa, mən varam” mövzusunda tədbir keçirilib.
Fondun icraçı direktoru Mehman İsmayılov mövzunun əhəmiyyətindən danışıb. Bildirilib ki, tədbirdə milli mənəvi dəyərlərimizin əsas dayaqlarından biri olan dilimizin saflığının qorunması, qloballaşma nəticəsində dilimizin qarşılaşdığı problemlərin təhlili, müasir dünya dilləri arasında dilimizin yeri, inkişaf mərhələləri və bu kimi mövzuların müzakirəsi aparılacaq, mütəxəssislərin məruzələri dinləniləcək.
Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirib. Ulu Öndər bütün sahələrdə olduğu kimi, dilimizin inkişafında da müstəsna xidmətlər göstərib. Ümummilli Liderin 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü ilə bağlı imzaladığı Sərəncam bunun bariz nümunəsidir.
Tədbirdə Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmlinin “Qloballaşma dövründə Dilimizin saflığının qorunması məsələsi”, AMEA-nın Fəlsəfə İnstitutunun şöbə müdiri Afaq Rüstəmovanın “Dil və siyasət: qarşılıqlı əlaqə məsələləri”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitika şöbəsinin müdiri Rəşad İlyasovun “Çoxdillilik və multikulturalizm”, AMEA-nın akademik Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun din və ictimai fikir tarixi şöbəsinin elmi işçisi Elvüsal Məmmədovun “Din ədəbiyyatın tərcüməsi: mövcud vəziyyət və problemlər” mövzularında məruzələri dinlənilib.

Tehsil-press.az

Oxşar xəbərlər