BSU-da “Fitnə” filmi nümayiş olunub

BSU-da “Fitnə” filmi nümayiş olunub Aprelin 8-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan, dini radikalizm və bu cərəyanın qurbanlarından bəhs edən “Fitnə” sənədli filminin təqdimatı keçirilib.
Filmin nümayişindən sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, millət vəkili Mübariz Qurmanlı gəncləri dini radikalizmin təsirlərindən qorumaq sahəsində bu sənədli filmin böyük maarifləndirici əhəmiyyəti olduğunu qeyd edib. Komitə sədri bildirib ki, Dövlət Komitəsi “Fitnə” adlı sənədli filmini gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi və dini radikalizmin fəsadlarını cəmiyyətin bütün təbəqələrinə çatdırmaq məqsədilə hazırlayıb. Radikalizmlə mübarizə istiqamətində gənclərə bir sıra tövsiyələr verən Mübariz Qurbanlı radikalizmin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərindən söz açıb. O, filmin davamı olaraq “Şəhadət” adlı filmin çəkiləcəyini də diqqətə çatdrıb, tələbələri maraqlandıran sualları cavablandırıb.
BSU-nun rektoru, professor Nurlana Əliyeva çıxışında bu tipli maarifləndirici filmlərin çəkilməsinin və istiqamətləndirici tədbirlərin daha çox keçirilməsinin önəmini qeyd edib. Rektor Azərbaycanda hökm sürən stabillik, dinc yaşayışı vurğulayaraq Vətənimizi düşmən tapdağı altında qoyub yad ölkələrə döyüşə gedən gəncləri öz vətənin keşiyində durmağa səsləyib. Nurlana Əliyeva Ulu öndər Heydər Əliyevin kəlamını xatırladaraq deyib: “Mənəviyyat olmayan yerdə heç bir şey yoxdur!”
Sonda tələbələrin “Fitnə” filmi ilə bağlı fikirləri dinlənilib, ən yaxşı çıxış edən tələbəyə “Quran” hədiyyə edilib.

BSU-nun Mətbuat xidməti


BSU-da “Fitnə” filmi nümayiş olunubBSU-da “Fitnə” filmi nümayiş olunub

Oxşar xəbərlər