ABŞ Prezidenti Donald Tramp Kanadada keçiriləcək sammitinin açılış günündə “Böyük yeddilik” ölkələrinin tənqidini davam etdirib.
Bu barədə məlumat xarici KİV-lərdə dərc olunub.
“Mən əsas diqqətin Birləşmiş Ştatlara qarşı həyata keçirilən ədalətsiz ticarətə yönəldiyi danışıqlar üçün Kanadaya G7-yə gedirəm”, - Tramp iyunun 8-də yerli səhər saatlarında özünün Twitter səhifəsində belə yazıb.
“G7 ölkələri ilə ədalətsiz ticarət sövdələşmələrinin düzələcəyinə ümid edirəm. Əgər bu alınmasa, bizim üçün daha yaxşı olacaq!” – deyə Tramp sözlərinə əlavə edib. Bir qədər əvvəl o, ABŞ-ın ünvanına qüvvədə olan ticarət rüsumlarına görə şəxsən Fransa Prezidenti Emmanuel Makronu və Kanadanın Baş naziri Castin Trüdonu tənqid etmişdi.
Xatırladaq ki, Tramp “Böyük yeddiliyə” daxil olan Avropa İttifaqı ölkələri və Kanadanın da aralarında olduğu bir çox ölkəyə qarşı alüminium və polada idxal rüsumu tətbiq etməklə qınaq obyektinə çevrilmişdi. ABŞ, həmçinin azad ticarət zonasının aktuallaşması barədə Kanada və Meksika ilə də danışıqlar aparır.
Tehsil-press.az