Tramp Fələstinə ayrılan yüz milyonluq yardımı dayandırır

Tramp Fələstinə ayrılan yüz milyonluq yardımı dayandırır ABŞ prezidenti Donald Tramp Fələstinə maliyyə yardımını dayandırmağı təklif edib.
Bu barədə amerikalı lider tvitter hesabında yazıb. Səbəb olaraq Fələstinin İsraillə sülh danışıqları aparmaq istəməməsini göstərib:
“Biz təkcə Fələstinə deyil, bir çox digər ölkələrə də boş yerə milyardlarla dollar ödəyirik. Məsələn, biz fələstinlilərə ildə 100 milyonlarla dollar veririk, lakin bunu dəyərləndirmirlər, hətta bizə hörmət etmirlər. Fələstinlilər sülh əldə etmək üçün İsraillə danışıqlar da aparmaq istəmirlər. O zaman niyə biz onlara bu qədər pul verməyə davam etməliyik?”.

Tehsil-press.az

Oxşar xəbərlər