Bakıda 15 yaşlı məktəbli faciəvi şəkildə öldü

Bakıda 15 yaşlı məktəbli faciəvi şəkildə öldü Bakının Xəzər rayonunda çimərliklərin birində yeniyetmə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Hadisə Buzovna qəsəbəsi ərazisində baş verib.
15 yaşlı Rəsulov Tamerlan topla oynayarkən top elektrik dirəyində ilişib. Yeniyətmə topu götürmək istəyən zaman onu elektrik cərəyanı vurub.
T. Rəsulov xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
T. Rəsulovun yaxınları onun çox istedadlı musiqiçi olduğunu bildiriblər.

Bakıda 15 yaşlı məktəbli faciəvi şəkildə öldü

Tehsil-press.az

Oxşar xəbərlər