Bakıda sevgililər qarajda boğuldu - Gələn ay başqa qızla evlənəcəkdi

Bakıda sevgililər qarajda boğuldu - Gələn ay başqa qızla evlənəcəkdi Bakıda sevgililər qarajda boğularaq ölüb. Hadisə Yasamal rayonu, Mirəli Seyidov küçəsində baş verib.
Belə ki, ötən gecə beşmərtəbəli binanın həyətində yerləşən qarajdakı “Nissan” markalı avtomobildə 1997-ci il təvəllüdlü K.Ə-va və 1990-cı il təvəllüdlü E.Z-nin meyiti tapılıb. Avtomobil xanım K.Ə-yə məxsus olub.
Meyitlər tapılarkən avtomobilin kondisoneri işlək vəziyyətdə olub, cütlük də məhz maşından çıxan qazdan ölüb. Hadisə yerinə Yasamal Rayon Prokurorluğu və Yasamal rayon Polis idarəsinin əməkdaşları cəlb edilib. Ehtimala görə onlar sevgili olub və boğulma hadisəsi intim əlaqədən sonra baş verib.
Faktla bağlı cinayət işi başlanılıb. Qeyd edək ki, sentyabrın 7-də E.Z-nin başqa qızla toy mərasimi olacaqdı.

Tehsil-press.az

Oxşar xəbərlər