Yaponiya Azərbaycan vətəndaşları üçün viza rejimini sadələşdirmək qərarına gəlib

Yaponiya Azərbaycan vətəndaşları üçün viza rejimini sadələşdirmək qərarına gəlib Yaponiya Azərbaycan vətəndaşları üçün viza rejimini sadələşdirmək qərarına gəlib.
Bunu Azərbaycanda rəsmi səfərdə olan Yaponiyanın xarici işlər naziri Taro Kono mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, Yaponiya Azərbaycanla çoxşaxəli münasibətləri möhkəmləndirmək istəyir:
"Bu səfər nəticəsində iki ölkə arasında dostluq əlaqələrinin inkişaf edəcəyinə ümid edirik".
T.Kono bildirib ki, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi üzrə sazişin yenilənməsi məmnunluq doğurur: "Bu, əməkdaşlığımızın güclənməsinə daha da təkan verəcək".

Tehsil-press.az

Oxşar xəbərlər