Məşhur milyarder vəfat etdi

Məşhur milyarder vəfat etdi “Amway” şirkətinin qurucusu Riçard DeVos 92 yaşında dünyasını dəyişib.
Ailənin sözçüsü Nik Vasmiller DeVosun infeksiya səbəbindən öldüyünü açıqlayıb.
Məlumat üçün bildirək ki, 5,5 milyard dollar sərvəti olan Riçard DeVos ABŞ-ın təhsil naziri Betsi DeVosun da qayınatası idi.
DeVos ailəsi 1991-ci ildən bəri “Orlando Magic” basketbol klubunun da sahibidir.
1959-cu ildə qurulan “Amway” şirkəti bir çox sahədə satış xidmətləri həyata keçirir.

Tehsil-press.az

Oxşar xəbərlər