11 sentyabr 1714-cü ildə İspaniya Krallığının tərkibinə qatılması - Kataloniya Milli Günü (Diada) bu il etiraz aksiyasına çevrilib.
İspaniyadan ayrılmaq istəyən kataloniyalılar müstəqillik tələbi ilə nümayiş keçiriblər.
500 mindən çox insan müxtəlif şüarlar səsləndirərək azadlıq tələb ediblər. Həmçinin Kataloniya siyasətçilərinin həbsdən azad edilməsini istəyiblər.
Qeyd edək ki, Kataloniya Fransisko Frankonun ölümündən 3 il sonra 1978-ci il konstitusiyasına əsasən muxtariyyət alıb, 2006-cı ildə isə qanuni dəyişikliklərlə səlahiyyətini genişləndirib. İspaniya Konstitusiya Məhkəməsi 2010-cu ildə qanuni dəyişikliyin İspaniya deyil, katalonlara üstünlük verdiyini bildirərək əlaqədar maddələri ləğv edincə müstəqillik istəyi alovlanıb.
2017-ci ilin 1 oktyabrında keçirilən və İspaniya Konstitusiya Məhkəməsinin qeyri-qanuni elan etdiyi müstəqillik referendumundan sonra yerli hökumət Kataloniyanı 27 oktyabrda birtərəfli müstəqil elan edib. Bundan sonra mərkəzi hökumət yerli rəhbərliyi vəzifədən uzaqlaşdırıb, regionu birbaşa idarə etməyə başlayıb və məhkəmələr də bəzi adamların həbsinə qərar verib.
Haqqında həbs qərarı olan Kataloniyanın əvvəlki rəhbəri Karles Puçdemon Belçikaya qaçaraq orada yaşamağa başlayıb.
Tehsil-press.az