Sentyabrın 11-də Şuşa şəhər 1 nömrəli tam orta məktəbində rayon təhsil işçilərinin 2017-2018-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr olunan ənənəvi sentyabr konfransı keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin məktəbin foyesindəki büstü önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Konfransda rayon icra hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov, Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Sədaqət Vəliyeva, Bakının Nizami və Nəsimi rayonlarındakı məktəblərin direktorları, müəllimlər, ali məktəbə bu il qəbul olunan tələbələr və onların valideynləri iştirak ediblər.
2017-2018-ci tədris ilində görülən işlərə dair hesabat məruzəsi ilə çıxış edən Şuşa rayon Təhsil İdarəsinin müdiri Təvəkkül Əliyev diqqətə çatdırıb ki, Şuşa rayonu üzrə 21 ümumtəhsil məktəbi, təhsil şöbəsinin nəzdində bir idman məktəbi və bir Uşaq Yaradıcılıq İnkişaf Mərkəzi fəaliyyət göstərir. Rayon üzrə fəaliyyət göstərən ümumtəhsil məktəblərində 4274 şagirdin təlim-tərbiyəsi ilə 439 müəllim məşğul olub. May-iyun aylarında müəllimlərin diaqnostik qiymətləndirilməsində rayon üzrə 70 müəllim iştirak edib. Bu il XI sinfi bitirən məzunların 75 faizi ali məktəbə sənəd verib. Onlardan 66 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunub. Tələbə adını qazananlardan doqquzu qəbul imtahanlarında 500-700 arası bal toplayıb.
Yeni dərs ilində həlli vacib məsələlərlə bağlı fikirlərini bölüşən B.Səfərov təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri diqqətə çatdırıb. O, son illər təhsildə qazanılan uğurları dövlət qayğısının nəticəsi kimi dəyərləndirib. Bildirilib ki, təhsil quruculuğu sahəsində görülən işlərin nəticəsində Azərbaycan gəncləri savadlı, geniş dünyagörüşlü, fiziki cəhətdən sağlam və əsl vətənpərvər kimi formalaşırlar.
M.İbrahimqızı, S.Vəliyeva, Təhsil Nazirliyinin əməkdaşı Asəf Hacıyev, rayon icra hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, müəllimlər, valideynlər, Şuşa rayonu üzrə ən yüksək bal toplamış Türkan Kərimova təhsilə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Vurğulanıb ki, müəllimlər şagirdlərimizin vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə almalarına çalışırlar.
Konfransda Nəsimi rayonundakı 62 və Nizami rayonundakı 247 nömrəli məktəblərlə Şuşa rayonunun bölgələrdəki 18, 19, 21 nömrəli məktəbləri arasında niyyət protokolu imzalanıb. Bu, YAP-ın Nəsimi və Nizami rayon təşkilatları sədrlərinin təşəbbüsü ilə həyata keçirilib.
Tədbir iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.
Təhsildə fərqlənən müəllimlər və bu il ali məktəbə daxil olan tələbələr mükafatlandırılıblar.
Tehsil-press.az