Bilik Fondu "Vətən dərsi" tədbirlərinə başlayıb

Bilik Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Şuşa Musiqili Dram Teatrı və Şuşa rayon İcra hakimiyyətinin "Vətən dərsi" adlı layihəsinə start verilib. Layihənin məqsədi məktəblilərdə və gənclərdə vətənpərvərlik ruhunun aşılanmasıdır.

Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, layihə çərçivəsində müxtəlif təşkilatlarda, ali və orta ixtisas məktəblərində Şuşa Teatrının bir dərs saatı həcmində hazırladığı "Aprelin dörd günü" adlı ədəbi-bədii kompozisya nümayiş edilir. Növbəti tədbir Yasamal rayon 53 nömrəli tam orta məktəbdə keçirilib. Tədbirdə Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova, aparıcı məsləhətçi Ramilə Qurbanlı, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Yasamal Rayon Qarabağ Müharibəsi Veteranları və Əlilləri Cəmiyyətinin sədri Bəhram Şeydayev və Cəmiyyət üzvləri, Yasamal rayonunun 53, 153, 173, 225, 21 saylı orta məktəblərinin şagirdləri, müəllimləri və BDU-nun tələbələri iştirak ediblər.
Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini V.Fətəliyeva məktəblilərə Azərbaycanın dilbər guşəsi olan Qarabağından, Şuşanın xalqımıza bəxş etdiyi tanınmış bəstəkar, xanəndə, alim, jurnalist, yazıçı və şairlərdən bəhs edib.
Bilik Fondunun sektor müdiri X.Hüseynova gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına bağçalardan, orta məktəblərdən başlanmasının vacibliyini bildirib, məktəbliləri torpaqlarımız və azadlığımız uğrunda qurban gedən şəhidlərimizi unutmamağa, layiqli vətəndaş kimi yetişməyə çağırıb.
"Aprelin dörd günü" adlı ədəbi-bədii kompozisiyanın rejissoru Loğman Kərimovdur. Kompozisiyada Şuşa Musiqili Dram Teatrının aktyorları Şükufə Musayeva, Teymur Məmmədov, Məmməd Məmmədov, Nazir Rüstəmov, Vüsalə Məmmədzadə iştirak edirlər.
Tədbirin sonunda Bilik Fondunun Yasamal rayonu üzrə nümayəndəsi, 53 nömrəli məktəbin direktoru Firəngiz Həsənova tədbir iştirkçılarına və aktyorlara təşəkkürünü bildirib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə "Vətən dərsi" layihəsi davam edəcək.


Tehsil-press.az

Oxşar xəbərlər