Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri

Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri İyunun 14-də Bakıda yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, millət vəkilləri, rayon təhsil ictimaiyyətinin nümayəndələri, valideynlər və şagirdlər iştirak ediblər.
“Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra çıxış üçün söz təhsil naziri Mikayıl Cabbarova verilib.
Təhsil naziri məzunları XI sinfi uğurla başa vurmaları münasibətilə təbrik edib, onlara yeni-yeni nailiyyətlər arzulayıb. 185 illik tarixə malik olan Şuşa şəhər 1 nömrəli tam orta məktəbinin Azərbaycanın bir çox elm, maarif xadimlərini, hərbi sərkərdələrini yetişdirdiyini bildirən nazir bu məktəbin 150 illik yubileyinin 1982-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hazırda düşmən işğalı altındakı Şuşa şəhərində qeyd edildiyini nəzərə çatdırıb. 1992-ci ildən–Şuşanın işğalından sonra Bakı şəhərində fəaliyyət göstərən məktəb üçün ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə müasir maddi-texniki bazası olan 1200 şagird yerlik bina inşa olunub.
Nazir onu da qeyd edib ki, Azərbaycanın insan kapitalı müasir dövlətçilik fəlsəfəmizin əsas hədəfidir: “Üstün təhsil mühitinin yaradılması, tədrisin keyfiyyətinin sözün həqiqi mənasında yüksəldilməsi zəruri tələblərdən biridir. Bu isə məktəb rəhbərləri, müəllimlər və valideynlərdən səmərəli əməkdaşlıq tələb edir”.
Gənclərin ixtisas seçiminə diqqətlə yanaşmasının vacibliyinə toxunan təhsil naziri deyib ki, zamanın inkişaf sürətini nəzərə almaqla, çevik qərarvermə, hədəfləri doğru seçmək vərdişlərinə sahib olmaq çox əhəmiyyətlidir. Əsas çağırış budur ki, mükəmməl təhsil indi əvvəlki dövrlərdən daha çox lazımdır.
Təhsil naziri gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi və onlarda vətəndaşlıq anlayışının formalaşdırılmasının vacib məsələlərdən biri olduğunu qeyd edib, məzunları bir daha təbrik edib.
Tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov və millət vəkili Bəxtiyar Sadıqov məzunlara xoş arzularını bildiriblər.
Sonra məzunlar adından Şuşanın incisi hesab edilən Cıdır Düzünün əks olunduğu rəsm əsəri təhsil naziri Mikayıl Cabbarova təqdim olunub.
Tədbir məktəblilərin hazırladığı bədii kompozisiya ilə davam etdirilib.
Tədbirdən sonra qonaqlar məktəblə tanış olublar.


Tehsil-press.az

Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiriŞuşa şəhər 1 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiriŞuşa şəhər 1 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiriŞuşa şəhər 1 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiriŞuşa şəhər 1 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri

Oxşar xəbərlər