Bakıda “Azercell Telekom” MMC-nin təşəbbüsü və təşkilatçılığı ilə peşəkar jurnalistlər üçün ixtisaslaşmış seminar keçirilib.
“Azercell Telekom”dan Trend-ə verilən məlumata görə, “Peşəkar mətbuatda sosial şəbəkə texnologiyaları: formatlar, mövzular, məhdudiyyətlər” mövzulu seminarın məqsədi media nümayəndələrini bu sahədə baş verən yenilik və trendlərlə tanış etmək, fərqli təcrübələrlə bölüşmək idi.
Seminara təlimçi qismində tanınmış rus jurnalisti, “Russkiy reportyor” jurnalının baş redaktoru Vitaliy Leybin dəvət edilmişdi. Rusiya və Ukrayna mediasında maraqlı araşdırmaları ilə tanınan Leybin azərbaycanlı həmkarları qarşısında sosial şəbəkələrdən istifadə ilə bağlı maraqlı mühazirələrlə çıxış edib. “Peşəkar jurnalistlər öz sahələrində həvəskar və robotları necə geridə qoya bilər” mövzusunda mühazirədə ənənəvi medianın sosial şəbəkələrlə müqayisəsi, hər bir tərəfin üstün və zəif cəhətləri araşdırılıb. Jurnalistlərə sosial şəbəkələrin verdiyi üstünlüklərindən yararlanmağın, peşəkar məqalələr hazırlamağın alternativ yolları açıqlanıb, bu istiqamətdə məlumatlar və istifadəçilərlə iş metodları haqqında əyani məlumat verilib.
Bundan əlavə, Vitaliy Leybin seminar iştirakçılarına self-media, in-media, müəllif jurnalistikası haqqında danışıb. Seminar zamanı maraq doğuran mövzulardan biri də “Bir hekayəni 100 formatda dərc etmək imkanı” ilə bağlı olub ki, burada yazıları auditoriyaya çatdırmağın müxtəlif variantları araşdırılıb. Seminar qrup çalışmaları ilə davam edib. İştirakçılar qısa video modelləri, böyük həcmli məlumat bazaları əsasında materialların yazılması mövzusunda praktiki məşğələ keçiblər. Seminar sual-cavab və müzakirələrlə yekunlaşıb və jurnalistlərə sertifikatlar təqdim edilib.
Qeyd edək ki, “Azercell Telekom” MMC fəaliyyəti boyu daim media nümayəndələri ilə sıx əməkdaşlıq edib. Artıq 10 ildir ki, Azercell-in dəstəyilə onlarla jurnalist üçün ingilis dili kursları keçirilir, beynəlxalq jurnlaistika məktəbi ilə tanışlıq və təcrübə mübadiləsi məqsədi ilə Azercell-in xaricdən dəvət etdiyi tanınmış təlimçilər tərəfindən maraqlı mövzularda seminar və təlimlər təşkil olunur.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.
Tehsil-press.az