"Azercell" kimsəsiz uşaqlara pulsuz göz müayinələri təşkil edib

"Azercell Telekom" MMC-nin dəstəyi ilə fəaliyyət göstərən “Mobil Göz Klinikası”nın həkimləri görmə çətinliyi olan uşaqları aşkarlamağa və müxtəlif göz xəstəliklərindən əziyyət çəkənləri müalicə etməyə davam edirlər.

Şirkətdən Təhsil-press.az-a verilən məlumata görə, klinikanın həkimləri bu dəfə Bilgəh qəsəbəsində yerləşən 11 saylı inteqrasiya təlimli internat məktəbindəki kimsəsiz uşaqlara baş çəkiblər. İnternat məktəbində məskunlaşan uşaqların hamısı həkimlər tərəfindən müayinə edilib. Müayinələrin nəticələrinə əsasən ehtiyacı olan uşaqlara müalicələr təyin olunub, eynək reseptləri yazılıb.
Xatırladaq ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri "Azercell"in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir. Fəaliyyət göstərdiyi müddət ərzində layihə çərçivəsində klinika Bakı şəhərindəki onlarla internat məktəblərinə, uşaq evlərinə səfər edib. Eyni zamanda, klinikanın həkimləri Bakı ilə yanaşı, ölkənin bir çox bölgələrində müalicəyə ehtiyacı olan insanlara xidmət göstəriblər.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı "Azercell Telekom" MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan "Azercell"in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər "Azercell"in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana "Azercell" gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank,1 nöqtədə 3 xidmət göstərən "Azercell Ekspres" ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə "Azercell" ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim edib. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan "Global Wireless Solutions" şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən "Azercell" şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.

"Azercell" kimsəsiz uşaqlara pulsuz göz müayinələri təşkil edib"Azercell" kimsəsiz uşaqlara pulsuz göz müayinələri təşkil edib"Azercell" kimsəsiz uşaqlara pulsuz göz müayinələri təşkil edib"Azercell" kimsəsiz uşaqlara pulsuz göz müayinələri təşkil edib"Azercell" kimsəsiz uşaqlara pulsuz göz müayinələri təşkil edib"Azercell" kimsəsiz uşaqlara pulsuz göz müayinələri təşkil edib

Təhsil-press.az

Oxşar xəbərlər