Azercell bir daha sosial şəbəkələrdə 100% göstərici ilə liderdir

Azercell bir daha sosial şəbəkələrdə 100% göstərici ilə liderdir Heç kimə sirr deyil ki, sosial şəbəkələr müxtəlif məhsul və xidmət istifadəçisi olan adi insanların həyatına o qədər nüfuz edib ki, artıq dünya təcrübəsi məhz sosial media kanalları vasitəsilə istehlakçı istəklərinin həll edilməsi dövrünün gəlib çıxdığını göstərir.

Azərbaycanda mobil operatorlar arasında məhz Azercell Telekom sosial şəbəkələrdə olan potensialı üzə çıxarıb, ilk dəfə 2008-ci ildə Facebook-da və bir ildən sonra, 2009-cü ildə Twitter sosial şəbəkəsində rəsmi səhifəsini yaradıb. Səhifələrin yaradılmasından başlayaraq məhz Azercell sosial media meydanına yalnız məlumatlandırma vasitəsi kimi deyil, həm də müştərilərlə əlaqə və onlara dəstək vasitəsi kimi yanaşıb. Sosial şəbəkələrdə rəsmi səhifəsini yaratdığı zamandan etibarən Azercell ənənəvi xidmət kanalları ilə yanaşı, sosial media üzərindən də keyfiyyətli müştəri xidmətlərini təklif etməyə başladı. Belə ki, bir çox abunəçilər hansısa bir xidmət, məhsul haqqında məlumat almaq, hansısa xırda problemlə bağlı bilgi toplamaq üçün müştəri xidmətlərinə yox, ilk olaraq Facebook və ya Twitter səhifələrə üz tuturlar.
Azercell-in sosial şəbəkələrdə, xüsusilə, bu gün də ən populyar media olan Facebook-da aktivliyi diqqətdən kənarda qalmır. 2016-cı ilin aprel-iyun ayları ərzində Azercell-in rəsmi Facebook səhifəsinin lövhəsinə digər mobil operatorlara nisbətən abunəçilər tərəfindən daha çox sual ünvanlanıb və həmin sualların biri də cavabsız qalmayıb. Məhz bu 100% cavablama göstəricisinə görə şirkət bir daha “Socialbakers” beynəlxalq tədqiqat təşkilatından xüsusi “Socially Devoted” sertifikata layiq görülüb.
Qürurla qeyd edirik ki, Azercell yalnız Facebook-da deyil, mövcud olduğu bütün sosial şəbəkələrdə abunəçilərin suallarına böyük diqqətlə yanaşır: Twitter, Instagram, Disput.az, Youtube, Google+ şəbəkələrində öz müştərilərinə yüksək səviyyəli xidmət nümayiş etdirir.
Qeyd olunan aylar ərzində ölkəmizin mobil operatorları arasında yalnız Azercell Twitter-də 83%-lik cavablama göstəricisi ilə “Socially Devoted” sertifikatını əldə edib. Ümumiyyətlə, indiyədək Azercell sosial şəbəkədəki keyfiyyətli fəaliyyətinə görə bu qurum tərəfindən dəfələrlə sertifikat alıb.
Bir sözlə, Azercell-in hər bir müştərisi şirkətin sosial şəbəkələrdəki istənilən səhifəsinə müraciət etməklə operativ peşəkar yardım alacağına əmin ola bilər.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2015-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan Telia Company şirkətlər qrupunun bir hissəsidir.


Tehsil-press.az

Oxşar xəbərlər