Mobil Diş Klinikası pulsuz yardımı davam etdirir

Mobil Diş Klinikası pulsuz yardımı davam etdirir "Azercell Telekom" MMC-nin Mobil Diş Klinikası 2016-cı ilin yekunlarını açıqlayaraq cari il üçün fəaliyyət planı hazırlayıb.

Şirkətdən Tehsil-press.az-a verilən məlumata görə, ötən illərdə olduğu kimi klinikanın həkimləri bu il də kimsəsiz uşaqlara, aztəminatlı ailələrə, məcburi köçkünlərə ödənişsiz xidmət göstəriblər. Təkcə noyabr və dekabr aylarında 223 xəstə müayinə və müalicə olunub. Noyabr ayında Binəqədi və Biləcəri qəsəbəsində 52 nəfər, dekabr ayında isə Pirşağı qəsəbəsi 10N-li internat mərktəbinin 171 sakini peşəkar stomatoloq xidmətindən yararlana bilib.
Azərbaycandakı əksər uşaq evinin stomatoloji kabinetinin olmamasını nəzərə alan “Azercell” Mobil Diş Klinikasını ən müasir tibbi avadanlıqla təchiz edib. Yalnız Bakıda deyil, regionlarda yaşayan kimsəsiz uşaqlara da yardım etməyi hədəfləyən Mobil Diş klinikası indiyə qədər Şəki, Quba, Qusar və Balakənddə yerləşən İnternat məktəbi və uşaq evində, Gəncədə SOS Uşaq kəndi və İnternat Məktəbində, Lənkəranda Uşaq evində, Lerik İnternat Məktəbində, Biləsuvarda Qaçqın düşərgəsində, internat məktəbində uşaqlara xidmət göstərib.
Fəaliyyət göstərdiyi 6 il ərzində layihə çərçivəsində 4000-dən çox insan Mobil Diş Klinikasının həkimləri tərəfindən müayinə edilib, ehtiyac olduğu tədqirdə müalicə alıb.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı "Azercell Telekom" MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan "Azercell"in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər "Azercell"in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana "Azercell" gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən "Azercell Ekspres" ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə "Azercell" ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim edib. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan "Global Wireless Solutions" şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən "Azercell" şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.

Mobil Diş Klinikası pulsuz yardımı davam etdirirMobil Diş Klinikası pulsuz yardımı davam etdirirMobil Diş Klinikası pulsuz yardımı davam etdirirMobil Diş Klinikası pulsuz yardımı davam etdirir

Tehsil-press.az

Oxşar xəbərlər