Oqtay Şirəliyev əmr verdi - Onu direktor təyin etdi

Oqtay Şirəliyev əmr verdi - Onu direktor təyin etdi Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının qərarına əsasən əmr imzalayıb.
Əmrə əsasən, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəli oğlu Baxşəliyev öz xahişi ilə tutduğu vəzifəsindən azad edilib.
Nazirin digər əmrinə əsasən Dadaşova Gülnaz Mahir qızı Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, G. Dadaşova 2006-cı ildən Elmi Tədqiqat Kardiologiya İnstitutu, Ürək çatmamazlığı şöbəsində Kardioloq işləyir.

Tehsil-press.az

Oxşar xəbərlər