Qondarma respublikanın rəhbərliyinə namizəd yaralandı - Donetskdə partlayış

Qondarma respublikanın rəhbərliyinə namizəd yaralandı - Donetskdə partlayış Qondarma Donetsk Xalq Respublikasının (DXR) Kommunist Partiyasının qurultayında partlayış baş verib.
Qurultay zamanı oturacaqlardan birinin altına bərkidilən partlayıcı qurğu işə salınıb.
Hadisə nəticəsində 4 nəfər yaralanıb. Onların arasında DXR rəhbərliyinə namizəd İqor Xakimzyanov da olub.
Hadisə yerində çoxlu sayda polis cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər