Bakı Dövlət Universiteti Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin mühəndis-proqramçısı Sevinc Vəliyeva Tbilisi Dövlət Universitetinin “Yay məktəbi” proqramında və orada keçirilən “Tətbiqi riyaziyyatın müasir problemləri” adlı III Beynəlxalq konfrasda iştirak edib. “Yay məktəbi” proqramı çərçivəsində mühazirələr oxunub, bu sahədə olan yeniliklər müzakirə edilib. Tbilisi Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən İ.Vekua adına Tətbiqi Riyaziyyat İnstitutunun 50 illiyinə həsr olmuş “Tətbiqi riyaziyyatın müasir problemləri” adlı III Beynəlxalq Konfransda “Continua mexanikasının riyazi problemləri və analoji problemlər”, “Riyazi modelləşdirmə və ədədi üsulları”,“Diskret riyaziyyat və alqoritmlərin nəzəriyyəsi”, “Ehtimal nəzəriyyəsi və riyazi statistika” sahələri müzakirə olunub. Konfransda Sevinc Vəliyeva öz elmi işinin nəticələri barədə qısa məlumat verib, “Dördüncü dərəcəli qismən diferensial tənliyinin sərhəd problemi üçün zəruri şərtlərin birinci qrupu” mövzusunda müzakirələr aparıb və nəticələri baradə danışıb. Qeyd edək ki, Sevinc Vəliyevanın Gürcüstana ezamiyyəti Bakı Dövlət Universiteti ilə Gürcüstanın Tbilisi Dövlət Universiteti arasında imzalanan tələbə-müəllim mübadiləsi layihəsi çərçivəsində baş tutub.
SEVİNC
SEVİNC