Bakı Dövlət Universiteti Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin mühəndis-proqramçısı Sevinc Vəliyeva BDU və İngiltərənin Keele Universiteti ilə ERASMUS+KA01 tələbə-müəllim mübadiləsi layihəsi çərçivəsində adıçəkilən universitetdə olub və “Workshop” proqramında iştirak edib. Əsas məqsədi Böyük Britaniya və Avropada Professional Xidmətlərin İdarə Edilməsi təcrübə mübadiləsi olan proqramda Sevinc Vəliyeva “Dil-əməkdaşlığın bir hissəsi”, “Mədəniyyət müqayisələri: ali təhsil”, “Sistemlər və proseslər”, “Peşəkar xidmət, Qlobal Outlook”, “Peşəkarlaşmaq. Tələbə xidmətləri”, “Qlobal Perspektivlər” və “Böyük Britaniyanın Tənzimləyicisi və Keyfiyyət təminatı Çərçivəsi”, “Workshop sessiya” adlı mühazirələri dinləyib. Qeyd edək ki, mühazirələr zamanı iştirakçılar və Keele Universitetinin işçiləri arasında çoxsaylı müzakirələr və təcrübə mübadiləsi aparılıb. Proqramda Sevinc Vəliyeva “Ən yaxşı Universitet necə olmalıdır” adlı təqdimatla çıxış edib və sertifikata layiq görülüb.
Mətbuat və informasiya şöbəsi
Mətbuat və informasiya şöbəsi