Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, parlamentin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva oktyabrın 27-dən 30-dək Fransada səfərdə olacaq.
Milli Məclisin mətbuat xidmətindən Tehsil-press.az-a verilən məlumata görə, Parisdə AŞPA-nın Sosial komitəsi çərçivəsində Sevinc Fətəliyevanın sədrlik etdiyi Avropa Sosial Xartiyası üzrə Alt Komitənin toplantısı olacaq. Tədbirdə “Uşaqların və gənclərin sosial, hüquqi və iqtisadi müdafiəsi” mövzusunda seminar keçiriləcək, uşaqların fiziki cəzanın bütün formalarından müdafiəsi, uşaq əməyinin istismarı, onlara qarşı cinsi zorakılıq və sosial ədalətsizliklə mübarizə metodları ilə bağlı fikir mübadiləsi aparılacaq. Azərbaycan parlamentinin üzvü müzakirə edilən məsələlərə münasibətini bildirəcək.
Tehsil-press.az