Dünya Sosial İş Günü (DSİG) 1983-cü ildə Beynəlxalq Sosial İşçilər Federasiyası tərəfindən təsis olunmuşdur və hər il mart ayının 3-cü çərşənbə günü qeyd olunur. Azərbaycan Sosial İş İçtimai Birliyi (AZSİİB) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə ADMİU-da Dünya Sosial İş Günü Forumu keçirilmişdir.
Dünya Sosial İş Günü Forumunu giriş sözü ilə AZSİİB-in icraçı direktoru Lamiyə Rzayeva və ADMİU-nun Kulturologiya kafedrasının müdiri professor Sədaqət Əliyeva açmışdır. DSİG-də AZSİİB-in Gənclər Şöbəsinin rəhbəri Zamin Zəkiyev Dünya Sosial İş Gününün yaranması və tarixi haqqında ətraflı məlumatla çıxış etmişdir və müasir dövrdə ən geniş yayılmış 4 (dörd) mövzu haqqında təqdimatlar edildi. Savadlı Cəmiyyət İctimai Birliyininin Sədri Fuad Dərgahlı “Dini ekstermizim və cəmiyyət”, BMT-nin Ölkə üzrə Əlaqələndiricisinin siyasi işlər üzrə müşaviri Elgün Tağıyev “Dayanlıqlı inkişaf”, Bakı Dövlət Universitetinin sosail iş tələbləsi Aydın Murad “Palliativ yardm”, Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi İlkin Əliyev “Marginal azlıqlar” mövzularında iştirakçılar üçün təqdimatlar etmiş və onların suallarına cavab veriblər. Forumun sonunda Xanbala Əhmədli tərəfindən AZSİİB-in yeni veb saytının təqdimatı həyata keçirildi.
Dünya Sosial İş Günü Forumunun iştirakçıları əsasən sosial iş tələbləri, sosial işçilər, sosial sahədə fəaliyyət göstərən aktiv gənclər və s. idi.
Dünya Sosial İş Gününü qeyd etmək üçün yaradılan şəraitə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Fərəh Əliyevaya öz təşəkkürümüzü bildiririk.
Redaktorlar üçün:
Azərbaycan Sosial İş İctimai Birliyi Azərbaycanın yeganə peşəkar sosial işçilərinin assosiasiyasıdır. ABŞ-da sosial iş təhsili almış məzunlar tərəfindən 2006-cı ildə yaradılmışdır. 2009-cu ildə rəsmi olaraq qeydiyyatdan keçən AZSİİB-in missiyası Azərbaycanda sosial iş peşəsini inkişaf etdirmək və cəmiyyətdə həssas qrupların rifahını artırmağa yönəlmişdir. Sosial İş İctimai Birliyi (AZSİİB) Azərbaycanda sosial işin tanınması və sosial xidmətlərin inkişafı istiqamətində müvafiq hökumət qurumları, QHT-lər, o cümlədən sosial işin tədris olunduğu universitetlərlə sıx əməkdaşlıq edir və ölkədə sosial iş təhsilinin təkmilləşdirilməsi və qlobal standartlara uyğunlaşdırılması sahəsində universitetlərlə birlikdə işləyir. 2014-2015-ci ildə AZSİİB Təhsil Nazirliyinin maliyyə dəstəyi və sifarişi ilə “Sosial iş peşəsinin milli standartlarının inkişaf etdirilməsi” layihəsini həyata keçirmişdir.
Əlavə məlumat üçün Azərbaycan Sosial İş İctimai Birliyinin İctimai Əlaqələr üzrə Koordinatoru Xanbala Əhmədli ilə əlaqə saxlaya bilərsiniz. Telefon: (+99451) 503 03 06 e-mail: [email protected]