Təhsil nazirinin müavini: “PİRLS-2016 tədqiqatının nəticələri 2011-ci il ilə müqayisədə yaxşılaşıb”

Təhsil nazirinin müavini: “PİRLS-2016 tədqiqatının nəticələri 2011-ci il ilə müqayisədə yaxşılaşıb” Ölkəmizin PİRLS-2016 tədqiqatının nəticələri 2011-ci il ilə müqayisədə yaxşılaşıb.
Təhsil nazirinin müavini, BŞTİ-nin müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva deyir ki, ötən dərs ilində PİSA-2018 tədqiqatı keçirilib, nəticələri isə 2019-cu ildə açıqlanacaq: “2019-cu ildə Azərbaycan məktəbliləri TİMSS beynəlxalq qiymətləndirməsində iştirak edəcək. Şagirdlərimizin iştirak etdiyi beynəlxalq tədqiqatların əhəmiyyətli nəticələri yeni proqramla, kurikulumla oxuyan uşaqların ənənəvi proqramla təhsil alan həmyaşıdlarından daha üstün bacarıqlara yiyələndiyini deməyə əsas verir. Məhz beynəlxalq qiymətləndirmədə davamlı iştirakımız ölkə təhsilinin beynəlxalq standartlara uyğunluğunu, onun müasir dünyada yerini və səviyyəsini obyektiv təyin etməklə yanaşı gələcək prioritetləri və hədəfləri müəyyənləşdirmək üçün ciddi əsas sayılır”.

SEVİNC

Oxşar xəbərlər