“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Təhsil Nazirliyi regionlarda təhsilin inkişafı sahəsində bir sıra tədbirlər həyata keçirib.
Bunu təhsil nazirinin müavini, BŞTİ-nin müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva deyib. M.Vəliyeva bildirib ki, nəticədə təhsilin inkişaf dinamikasında regionların göstəriciləri əhəmiyyətli dərəcədə artıb ki, bu da ötən tədris ilinin mühüm nəticələrindən hesab oluna bilər. Nazirlik tərəfindən ümumtəhsil məktəb şagirdlərinin təlim nailiyyətlərinə nəzarətin gücləndirilməsi sayəsində bölgələrdə ümumi təhsil göstəricilərində, xüsusilə də buraxılış imtahanları və ali məktəblərə qəbulun nəticələrində əvvəlki illərlə müqayisədə nəzərəçarpan irəliləyişlər müşahidə edilib.
SEVİNC