Nazir müavini: IX sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri yaxşılaşıb

Nazir müavini: IX sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri yaxşılaşıb 2017-2018-ci dərs ilində IX sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri əvvəlki dərs ili ilə müqayisədə 4,75 faiz yaxşılaşıb.
Bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Məhəbbət Vəliyeva deyib.
Onun sözlərinə görə, hazırda buraxılış imtahanlarının nəticələrinin təhlili prosesinə başlanılıb: "Ümumilikdə əvvəlki dərs ili ilə müqayisədə daha yaxşı nəticələr əldə edilib".
M.Vəliyeva əlavə edib ki, növbəti tədris ilində əsas hədəf müəllimlərin gündəlik dərslərdə səriştəyə əsaslanan bilik və bacarıqlar verməsi istiqamətində tədbirlərin görülməsi olacaq:
"Gündəlik tədris dövrün tələblərinə uyğun həyata keçirilməlidir. Hazırda yetişdirilən uşaqları səriştələr əsasında formalaşdırmalıyıq".

Teil-preshss.az

Oxşar xəbərlər