Riyaziyyat və təbiət elmləri üzrə beynəlxalq qiymətləndirmə proqramının pilot mərhələsinə başlanılıb

Riyaziyyat və təbiət elmləri üzrə beynəlxalq qiymətləndirmə proqramının pilot mərhələsinə başlanılıb Təhsil İnstitutu tərəfindən TİMSS 2019 (Trends in International Mathematics and Science Study) - Riyaziyyat və təbiət elmləri üzrə beynəlxalq qiymətləndirmə proqramının pilot mərhələsinin keçirilməsinə başlanılıb.
Beynəlxalq qiymətləndirmə tədqiqatının pilot mərhələsində şagirdlər onlara ünvanlanan sual və tapşırıqları cavablandırırlar. TİMSS həm də şagirdləri, onların valideynlərini, sinif müəllimlərini və təhsil aldıqları məktəb rəhbərlərini şagirdlərin evləri, məktəb təcrübələri, riyaziyyat və təbiət elmləri üzrə biliklərinin öyrənilməsi üçün təlimat kontekstləri barədə sorğunu doldurmağa dəvət edir. TİMSS tədqiqatının keçirilməsinin məqsədi qlobal kontekstdə sistemin nailiyyət meyillərini qiymətləndirmək, təhsil siyasəti barədə məlumat toplamaq, yeni və ya yenilənmiş siyasətlərin təsirini qiymətləndirmək, aşağı göstəricisi olan sahələri dəqiqləşdirmək və kurikulum islahatına təkan vermək, eyni zamanda, şagirdlərin riyaziyyat və təbiət elmləri üzrə biliklərinin nəticələri ilə yanaşı öyrətmə və öyrənmə üçün ev və məktəb kontekstləri haqqında vacib məlumatlar əldə etməkdir.
Tədqiqatın pilot mərhələsində Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq təsadüfi seçimlə müəyyənləşdirilən və yeddisi paytaxt, on səkkizi region məktəbləri olmaqla, ümumilikdə 25 məktəb üzrə 32 sinfin IV sinif şagirdlərinin iştirakı nəzərdə tutulub.
TİMSS - Riyaziyyat və təbiət elmləri üzrə beynəlxalq qiymətləndirmə proqramının pilot mərhələsi iyunun ortalarınadək davam edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər