Təhsil naziri: “Yeni məzmun yeni qiymətləndirmə tələb edir”

Təhsil naziri: “Yeni məzmun yeni qiymətləndirmə tələb edir” Bu tədris ilində XI sinfi bitirən ali təhsil müəssisələrinə qəbul zamanı abituriyentin balı buraxılış imtahanı və qəbul imtahanında topladığı balların cəmi olaraq hesablanacaq.
Bunu təhsil naziri Ceyhun Bayramov deyib. Nazir bildirib ki, cari tədris ilində XI sinfi bitirən şagirdlər yeni kurikulumlar əsasında ümumi təhsil müəssisələrini başa vuran ilk məzunlar olacaqlar: "Yeni məzmun yeni qiymətləndirmə tələb edir. Məhz bu səbəbdən də bu il tam orta təhsili başa buran məzunlarımız buraxılış imtahanlarını yeni formatda verəcəklər. Əlavə olaraq ali təhsil müəssisələrinə qəbul zamanı buraxılış imtahanlarının nəticələri də nəzərə alınacaq. İmtahanların formatında dəyişikliklərin edilməsində əsas məqsəd ölkə iqtisadiyyatının inkişafı üçün zəruri olan bacarıqların ölçülməsi və təkmilləşdirilməsidir. Bu gün əmək bazarı tərəfindən daha çox tələb olunan yazı, riyazi təfəkkür, yaradıcılıq, problem həll etmə kimi vərdişlər yeni formatda keçirilən buraxılış imtahanlarında ölçüləcək bacarıqlar siyahısına daxil ediləcək. Biz beynəlxalq qiymətləndirmə tədqiqatlarının nəticələrində də görürük ki, bu bacarıqlar şagirdlərimizdə daha aşağı səviyyədə formalaşıb. Hazırda Dövlət İmtahan Mərkəzi ilə sıx əlaqədə imtahanların yeni formatı istiqamətində əməkdaşlıq edirik".

SEVİNC

Oxşar xəbərlər