Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birinci kurs magistr tələbələri Litvanın Mikolos Romeris Universiteti (MRU) ilə ikili diplom proqramında iştirak edə biləcəklər.
Proqramda iştirak edən və təhsilini uğurla bitirən tələbələr həm UNEC-in, həm də MRU-nun diplomunu əldə edəcəklər. Proqrama müraciət etmək üçün universitetin Beynəlxalq Əməkdaşlıq Departamentinə müraciət olunmalıdır.
Qeyd edək ki, ötən il UNEC ilə Avropanın nüfuzlu ali təhsil müəssisələrindən olan Mikolos Romeris Universiteti arasında magistratura səviyyəsində ikili diplom razılaşması imzalanıb. Sazişə əsasən, müvafiq proqram həyata keçiriləcək. Həmin proqram çərçivəsində UNEC-ə qəbul olan magistrlər birinci ilin ilk semestrini UNEC-də başa vuraraq, ikinci semestrdə Mikolos Romeris Universitetində təhsil alacaqlar. Magistrlər növbəti 3-cü və 4-cü semestrdə yenidən təhsillərini UNEC-də davam etdirəcəklər. Bu, ikili diplom proqramı magistrlərinə UNEC-in professorları ilə yanaşı, Mikolos Romeris Universitetinin professorları ilə elmi-tədqiqat işlərini yerinə yetirmək imkanı verəcək. Hər iki universitetin professorlarının rəhbərliyi altında dissertasiyalarını uğurla müdafiə edən magistrlər həm UNEC kimi nüfuzlu ali təhsil müəssisəsinin, həm də Avropada yüksək prestijə malik Mikolos Romeris Universitetinin diplomunu əldə edəcəklər.
Hazırda UNEC bu istiqamətdə əməkdaşlıq etmək üçün ali təhsil müəssisələrinin sayını artırmaq niyyətindədir. Yaxın gələcəkdə Avropanın digər nüfuzlu universitetləri ilə də əlaqələr qurularaq daha az vəsaitlə, xaricdə daha az müddətdə oxumaqla, onların da diplomlarının alınması - ikili, üçlü diplomların əldə edilməsi üçün müvafiq addımlar atılır.

UNEC-in Mətbuat Xidməti