UNEC-in tələbələri Böyük Britaniyada təhsil alacaqlar

UNEC-in tələbələri Böyük Britaniyada təhsil alacaqlar Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Erasmus+” mübadilə proqramında iştirak edən tələbələrlə görüş olub.
Görüşə Fransanın Leon şəhərindəki, Fransa və ABŞ-ın birgə təhsil müəssisəsi olan CEFAM-da bir semestrlik təhsil alan, həmçinin Böyük Britaniyanın Leicester Universitetində təhsil imkanı qazanan tələbələr qatılıblar.
CEFAM-da mübadilə proqramında iştirak edən tələbələr öz təəssüratlarını bölüşüblər. Onlar hər iki universitetin təhsil prosesindəki oxşar və fərqli cəhətlərdən, mübadilə proqramının üstünlüklərindən danışıblar.
Universitetin beynəlxalq əlaqələr departamentinin direktoru Anar Kazımovun sözlərinə görə, UNEC-in QS və “Webometrics” kimi beynəlxalq reytinqlərdə yer almasının nəticəsidir ki, bu gün İqtisad Universiteti dünyanın nüfuzlu ali məktəbləri ilə ikili diplom proqramları, tələbə-müəllim mübadiləsi həyata keçirir. Departament direktoru Böyük Britaniyanın Leicester Universitetində təhsil alacaq tələbələrə tövsiyələrini verib. Bildirilib ki, mübadilə proqramı tələbələrin mobilliyini təmin etməklə yanaşı, onların gələcək karyeralarında mühüm rol oynayır.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər