Plastik tullantılardan kreativ incəsənət nümunələrinin hazırlanması üzrə müsabiqə keçirilib.
Müsabiqənin təşkilində əsas məqsəd tullantıların azaldılması, təkrar istifadəsi vərdişlərinin aşılanması, lazımsız sayılan materiallardan yararlı və faydalı əşyalar hazırlamağı təbliğ etmək olub.
İştirakçılar onlara ayrılmış müəyyən vaxt ərzində plastik tullantılardan kreativ incəsənət nümunələri yaradaraq münsiflərə təqdim ediblər. Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri qalib olublar. Onlara sertifikat və hədiyyələr təqdim edilib.
Tehsil-press.az