“Ədəbiyyat biliciləri” müsabiqəsinin şəhər mərhələsi keçirilib.
211 və 240 nömrəli tam orta məktəblərdə keçirilən şəhər mərhələsində paytaxtın 12 inzibati rayonu üzrə ümumtəhsil məktəblərindən 219 şagird iştirak edib. Onlardan 124-ü X-XI, 95-i isə VIII-IX sinif şagirdləri olub.
Müsabiqənin şəhər mərhələsində iştirak edən şagirdlərə iki variant üzrə 12 açıq sual verilib. Bundan əlavə, müsabiqə iştirakçıları verilən mövzu üzrə esse yazıblar.
Şəhər mərhələsinin qalibləri müsabiqənin ölkə mərhələsində iştirak etmək hüququ qazanacaqlar. Ölkə mərhələsində şagirdlər onlara təklif olunan mövzulardan birini seçərək inşa yazacaq və on sualı yazılı cavablandıracaqlar. Şagirdlərin yazı işləri Təhsil Nazirliyinin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndiriləcək.
Müsabiqənin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunacaq.
“Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsində məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, gənc nəsildə mütaliəyə həvəsi gücləndirmək və bu sahədə xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirməkdir. Təhsil nazirinin əmrinə əsasən təşkil edilən müsabiqə məktəb, rayon (şəhər), ölkə üzrə olmaqla üç mərhələdə VIII-XI sinif şagirdləri arasında keçirilir.
Kəmalə Rəhimli