"Xırda qəpik problemindən qurtulmağın ən yaxşı yolu nağdsız ödənişlərin artırılmasıdır”.
Bu sözləri 1, 3 və 5 qəpiklik sikkələrin demək olar ki, dövriyyədə işləməməsi və bu halda onlardan qurtulmağın yolları barədə məsələyə münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, xırda qəpiklərin dövriyyədə qalmasının iqtisadi əsasları yoxdur:
"Burada başqa bir maraqlı cəhət odur ki, Azərbaycanın 1,3 və 5 qəpikliklərinin istehsalı prosesinin maya dəyəri öz nominal dəyərindən daha baha başa gəlir. Azərbaycanda bildiyiniz kimi, 1,3 və 5 qəpikliklər istehsal olunmur. Manat ümumiyyətlə xaricdə istehsal olunur. Sikkələr əsasən Avstriyada çap olunur. Ona görə də həmin qəpiklərin daşınma və istehsal xərci nominal dəyərindən baha olur. Bu səbəbdən onların dövriyyədə olması və yenilərinin istehsalı artıq iqtisadi cəhətdən də məntiqə uyğun deyil. Yəni iqtisadi əsasslandırma da yoxdur. Çünki ciddi problem var. Maya dəyəri çox yüksəkdir. Ən yaxşı yol nağdsız ödənişlərin təşviqi məsələsidir. Nağdsız ödənişlərin təşviqi zamanı isə ümumiyyətlə qəpiklərə ehtiyac qalmayacaq. Bir müddətdən sonra təbii üsullarla 1 və 3 qəpikliklər ticarət dövriyyədən çıxarılmalıdır. 5 qəpiklikdən isə hələ də kifayət qədər istifadə olunur. Onların yenilərinin istehsalına ehtiyac yoxdur və ona görə də bir müddət dövriyyədə qala bilər. Qəpik problemindən qurtarmağın ən yaxşı yolu dediyim kimi, nağdsız ödənişlərin artırılmasıdır. Bu zaman həm dövriyyə şəffaf olur, vergi daxil olmaları və ticarət obyektlərinin məsuliyyəti artıq. Hökumət bu istiqamətdə ciddi düşünərək addımlar atmalıdır”.
Qeyd edək ki, Azərbaycanda 1,3 və 5 qəpikliklər də dövriyyədədir. Hansı ki, bu qəpikləri demək olar ki, heç bir yerdə, heç bir satış məntəqəsində götürmürlər. Belədə görünən odur ki, xırda qəpiklər lazımsız pula çevrilir. Bu fonda onların dövriyyədə qalmasındansa, dövriyyədən çıxarılması daha məqsədəuyğundur”.
Tehsil-press.az