“Gömrük xidməti prezidenti inandırdı ki, guya yağın qiymətini aşağı salıb”

“Gömrük xidməti prezidenti inandırdı ki, guya yağın qiymətini aşağı salıb” “Azərbaycanda qiymət siyasəti yoxdur. Düzdür, İqtisadiyyat Nazirliyinin müvafiq qurumu qiymətləri müəyyən qədər stabilləşdirir. Amma yenə də qiymətlər qalxır”.
Bunu millət vəkili Vahid Əhmədov parlamentdə çıxışında deyib.
O deyib ki, bu il manatın məzənnəsi dəyişməyib: “İdxal- ixrac əməliyyatlarında müsbət saldo var. İnflyasiya 13-14 faizdir. Bəs niyə qiymətlər sürətlə dəyişir? Bunun sürətlə dəyişməsi üçün bazis olmalıdır. Yağın qiyməti ilə bağlı gömrük xidməti prezidenti inandırdı ki, guya aşağı salıb. Amnma yenə marketlərdə yağın qiyməti 18-24 manatdır. Deyirlər ki, monopoliya yoxdur.
Hətta hörmətli nazirlərimizlə də danışanda deyirlər ki, Azərbaycanda hər şey şəffafdır. Bəs elədirsə, niyə Rəqabət Məcəlləsi qəbul olunmur? Mən hiss edirəm ki, nə Prezident Administrasiyası, nə Nazirlər Kabineti, nə də Milli Məclis bunda maraqlı deyil. Elman Rüstəmov deyir ki, bu gün Azərbaycanda pul qıtlığı yoxdur. Ötən il 11,5 milyard dollar vəsait olub. İndi də dövriyyədə 8 milyard pul qalıb. Bu 3, 7 milyard manat dövriyyədən çıxıb. Hanı bu pul? Ölkə iqtisadiyyatı 2017-ci ildə geriləyib. Bunun da səbəbi pul kütləsinin azlığıdır. “Bank standard”ı bağladılar. Bu gün 40 minə qədər insan küçədədir. Onlar əmanətini ala bilmirlər. Bank sistemi ölkədə dağılır. Niyə camaatın pulunu vermirlər? Özü də bu nə siyasətdir ki, durub bankları bağlayırlar. Ondansa biz onların təmərküzləşməsinin tərəfdarıyıq”.

Tehsil-press.az

Oxşar xəbərlər