"Hazırda kənd təsərrüfatında, xüsusilə də düzənlik zonalarda gübrələrdən, pestisidlərdən istifadə olunmasa, məhsul istehsal etmək qeyri-mümkündür. Xəstəlik törədiciləri, torpağın gücdən düşməsi kimi amillər sahibkara qoyduğu xərci çıxarmağa imkan vermir. Ona görə də gübrələrdən, pestisidlərdən mütləq istifadə edilir".
Bunu Təhsil-press.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Respublika Nəzarət Toksikologiya Laboratoriyasının rəhbəri Yaqub İbrahimov deyib.
O bildirib ki, Azərbaycanın yüksək dağlıq ərazilərində zərərvericilərin, göbələklərin miqdarı az olduğuna görə orada ekoloji təmiz məhsulları əkib-becərmək mümkün olur: "Məsələn, Naxçıvan Muxtar Respublikasının yüksək dağlıq ərazilərində pomidora, xiyara bir dəfə də dərman vurmadan məhsul istehsal edirlər. Ancaq bizim istixanalarda və alma bağlarında məhsula bir neçə dəfə dərman vurulmasa, onu istehsal etmək mümkün olmur".
Y.İbrahimov deyib ki, bəzən Azərbaycanda da məhsulların əklib-becərilməsi zamanı istifadə edilən dərmanın miqdarı yol verilən həddi ötür.
Onun sözlərinə görə, əsasən, şirəli məhsullarda – üzümdə, çiyələkdə yol verilən hədd bir sıra hallarda ötülür: "Məsələn, qarpızda da nitratın miqdarı çox olur. Su çox toplanan məhsullarda yol müəyyən hədd ötüldükdə onun təsiri quru meyvələrə nisbətən çox hiss olunur. Sulu meyvələr bu baxımdan daha qorxulu olur, ona görə də onlar daha ciddi yoxlanılır".
Y.İbrahimov deyib ki, məhsulların istehsalı zamanı kimyəvi maddələrdən normadan çox istifadə edilməməsi üçün sahibkarlarla iş aparılır: "Biz bütün texnologiyanı yaxşılaşdırmaq, sahibkarlarımızı maarifləndirmək üçün onlara iradlarımızı bildiririk. Onların nəzərinə çatdırırıq ki, belə hallarla qısa müddət ərzində alıcı bazarımızı itirə bilərik. O bazar olmasa, məhsul istehsalı tamamilə dayanacaq".
Ekoloji təmiz məhsullların əksər ölkələrdə çox kiçik həcmdə istehsal olunduğunu deyən Y.İbrahimov qeyd edib ki, əgər məhsul istehsalı zamanı pestisid və gübrələrdən istifadə olunursa, o, artıq ekoloji təmiz məhsul hesab olunmur: "Sivil ölkələrdə ekoloji təmiz məhsullar baha, ekoloji təmiz olmayan məhsullar isə ucuz qiymətə satılır. Ancaq belə ölkələrdə ekoloji təmiz olub-olmadığı məhsulun üzərində yazılır və alıcı məlumatlı olur".
Təhsil-press.az