Bakı Fond Birjasında (BFB) alqı – satqı əməliyyatları davam edən SOCAR istiqrazlarının qiyməti bir qədər də bahalaşıb.
SOCAR-dan Tehsil-press.az-a verilən məlumata görə, hər birinin nominal dəyəri 1000 ABŞ dolları təşkil edən istiqrazların satış qiyməti 1% bahalaşaraq, 1 010.00 dollara qədər yüksəlib. Qeyd edək ki, SOCAR istiqrazlarının təkrar bazarına oktyabrın 18-dən başlanılıb. Hazırda Dövlət Neft Şirkətinin dövriyyədə olan 100 min istiqrazının hər birinin nominal dəyəri 1000 ABŞ dollarıdır. SOCAR İstiqrazlarının gəlirliliyi illik 5%-dir və faizləri hər 3 aydan bir ödənilir.
Tehsil-press.az