Azərbaycan İlahiyyat İnstitutunda qəbul üzrə ayrılmış plan yerləri 100 faiz dolub və bu ali məktəbdə 103 tələbə təhsil alır.
Bu barədə Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) fəaliyyətinin ilkin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında rektor Ceyhun Məmmədov məlumat verib. O, institutun fəaliyyəti, ilk tədris ilinə hazırlığı, reallaşdırdığı layihələr və perspektivləri barədə danışıb.
Rektor bildirib ki, Aİİ 2018-2019-cu tədris ilində fəaliyyətinə islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə başlayıb. İnstitutda dünya standartlarına cavab verən tədris üçün zəruri olan tələblər yerinə yetirilib.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputati Hikmət Babaoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digər çıxış edənlər institutun yaradılmasını təqdirəlayiq hal kimi qiymətləndiriblər.
Qeyd olunub ki, İlahiyyat İnstitutu Azərbaycan xalqının tarixi ənənələrə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyət sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təmin olunması məqsədilə müasir təhsil standartları və dünya təcrübəsi əsasında təsis edilmiş yeni ali təhsil müəssisəsidir.

Mətbuat Xidməti