Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) dini fəaliyyət sahəsində yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə müasir təhsil standartları və müvafiq sahədə dünya təcrübəsi əsasında qurulmuş yeni institutdur.
Burada tədris prosesi xaricdə təhsil almış yüksəkixtisaslı kadrlar tərəfindən təşkil edilir. İnstitutda müasir sosial elmlərin metodları əsasında İslamla yanaşı, xristianlıq, yəhudilik, hinduizm, buddizm və digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları, həmçinin dini elmlərlə yanaşı, fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm və s. sosial və humanitar elmlər də tədris olunacaq.
İnstitutda tələbələr ingilis, ərəb, klassik ibrani, sanskrit, klassik yunan, latın, rus və fars dillərini yüksək səviyyədə öyrənmək imkanına malikdirlər. Bütün xarici dillər professional mütəxəssislər tərəfindən müasir metodlar əsasında – 4 dil bacarığının (oxuma, dinləmə, danışma, yazma) inkişafı istiqamətində tədris ediləcək.
Bununla yanaşı, tələbələrə beynəlxalq mübadilə proqramları vasitəsilə Avropa, Amerika, Şərq ölkələrində təhsil almaq və yüksək qiymətlərlə məzun olan bakalavrların ixtisasları üzrə magistratura və doktorantura təhsilini dövlət xətti ilə xarici ölkələrdə davam etdirmək imkanı yaradılacaq.
İlahiyyat İnstitutunda Şərq incəsənəti və musiqisinin xəttatlıq, əbru, təzhib, musiqi kimi sahələrinə aid müxtəlif kurslar təşkil ediləcək. Tələbələrə din, tarix, fəlsəfə, dil, ədəbiyyat və digər elmlərə dair Azərbaycan, ərəb, türk, ingilis, fars və rus dillərində 12 mindən çox kitabdan istifadə etmək imkanı yaradılıb. Kitabxanada kompüterlərlə təchiz edilmiş geniş oxu zalı və dərsliklərə tələbatın maksimum təminatı üçün açıq rəf sistemi vardır.
İnstitutda təhsil dövlət sifarişi əsasında həyata keçirilir. Tələb olunan qəbul balı III ixtisas qrupunda minimum 200 baldır. Qəbul planı üzrə islamşünaslıq ixtisasına 35, dinşünaslıq ixtisasına 25 yer ayrılıb.
İlahiyyat İnstitutu, eyni zamanda, tələbələrə hər iki ixtisas üzrə dövlət qulluqçusu, yaxud din xadimi, tədqiqatçı və pedaqoq sahələrində karyera qurmaq imkanı yaradır.
Tehsil-press.az