Azərbaycan İlahiyyat İnstitutu abituriyentlər və valideynlər üçün “Açıq qapı” günləri elan edib

Azərbaycan İlahiyyat İnstitutu abituriyentlər və valideynlər üçün “Açıq qapı” günləri elan edib Azərbaycan İlahiyyat İnstitutu abituriyentlər və valideynlər üçün “Açıq qapı” günləri elan edib.
“Açıq qapı” günləri bu ali məktəbin önəmi və hədəfləri haqqında abituriyent və valideynləri məlumatlandırmaq, burada təhsilin üstünlükləri, tədrisin təşkili, tələbələrə təklif olunan beynəlxalq təcrübə, tələbə mübadilə proqramları, eləcə də institutun islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə gələcək məzunlarının iş imkanları barədə ətraflı məlumat vermək məqsədilə təşkil olunub.
İyulun 27-dək davam edəcək “Açıq qapı” günlərində iştirakçılara institutun rəhbərliyi və müəllim kollektivi, bu ali təhsil müəssisəsinin gələcək fəaliyyəti və əsas istiqamətləri haqqında məlumat verən broşürların paylanılması nəzərdə tutulub.
İnstituta qəbulla bağlı qaynar xətt (+99412) 510 65 45 (daxili:123) yaradılıb.

Tehsil-press.az

Oxşar xəbərlər